İranla Azərbaycan sərhədindəki məhdudiyyət tam aradan qaldırılıb
Martın 5-də İranın Naxçıvana dronla zərbələr endirməsinin ardından Nazirlər Kabinetinin qərarı ilə iki ölkə arasında yük avtomobillərinin keçidinə qadağa qoyulmuşdu. Bir gün sonra həmin qadağaya müəyyən yumşalmalar gətirilirdi, amma ötən gün bütün məhdudiyyətlər tamamilə aradan qaldırıldı.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Gün ərzində 100-ə yaxın avtomobil rahatlıqla gömrükdən keçid edib.
Sürücülər yaranan vəziyyəti belə izah edib: "Mən 5-10 gün olardı gözləyirdim ki keçim, rahat keçdim".
Digər sürücü isə deyib: "İki gün yarımdır ki, bizi gömrükdə saxlayıblar. Bu vaxtadək isə yük maşınları üçün dayanacaqda gözləyirdik. Ümumilikdə, altı gündür ki, burada qalmışıq. Sərhədi keçə bilmirdik. O tərəfdə növbəsini gözləyən çox maşın var. Azərbaycana yaratdığı şəraitə görə təşəkkür edirəm. Mən Rusiyaya, Samaraya gedirəm".
Oxşar xəbərlər
Rusiya Mərkəzi Bankının qızıl ehtiyatları 2020-ci ilin fevral ayından bəri minimuma enib
2026-cı il iyulun 1-nə olan vəziyyətə görə, Rusiya Bankının qızıl ehtiyatları 73.4 milyon troy unsiyası təşkil edib ki, bu da 2020-ci ilin fevral ayından bəri ə...