İqtisadiyyat naziri: "Orta Dəhlizdə neft nəqli üçün əhəmiyyətli potensial var"
Yeniliklərdən dərhal xəbərdar olun
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə neft və neft məhsullarının nəqli həcmi artacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik iclası çərçivəsində "Azərbaycan: "yaşıl artım" və əlaqəliliyin formalaşan qapısı" adlı panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, "Orta Dəhliz ənənəvi olaraq ticarət və mal daşınmasına yönəlmiş qeyri-enerji nəqliyyat marşrutu kimi nəzərdən keçirilsə də, o əhəmiyyətli enerji potensialına malikdir".
Azərbaycanın tranzit potensialından danışarkən, nazir ölkənin yüklərin fasiləsiz hərəkətinin təmin edilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycanda minimum maaşdan gəlir vergisi tutulmaya bilər
Minimum əməkhaqqının gəlir vergisindən azad olunması təklif olunur. Oxu.Az xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət,...