İqtisadiyyat naziri: "İri dövlət müəssisələrinin büdcədən asılılığı azalıb"
Azərbaycanda iri dövlət müəssisələrinin büdcədən asılılığı ilə bağlı problemin böyük hissəsi həll edilib.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən "Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya" mövzusunda forumda bildirib.
"Son illər iri dövlət müəssisələrində həyata keçirilən islahatlar nəticəsində onların dayanıqlılığı artıb. Müəssisələr vaxtilə bizim üçün fiskal təhdidlərdən, risklərdən biri kimi qiymətləndirilən borc yükünü azaldıb, rentabelli olub, onların dövlət büdcəsindən ayrılan vəsaitlərdən asılılığı azalıb. Bu gün bizim qarşımızda duran çağırışlar müsbət istiqamətdədir", - deyə nazir qeyd edib.
Oxşar xəbərlər
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
Dünya Bankı "Yaşana bilən Bakı" layihəsinin icrasına 410 milyon ABŞ dolları ayırmağı planlaşdırır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, layihənin 26 okty...