İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib.
BAKU.WS bu barədə hökumətə istinadən xəbər verir.
Məlumata görə, iclasda Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin strateji inkişafı, o cümlədən, neft emalı və neft-kimya ilə bağlı strateji məqsədlər, gələcək inkişaf perspektivləri, uzunmüddətli dövrdə neft məhsullarına ölkə daxili tələbatın dayanıqlı təmin olunması və digər cari məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələ ilə bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdimatla çıxış edib. İclasda Şuranın və Holdinqin Müşahidə Şurasının üzvləri və dəvət olunanlar - Holdinqin İdarə Heyətinin (İH) sədri və Baş icraçı direktoru iştirak ediblər.
İclasın yekununda müvafiq qərarlar qəbul olunaraq İH-nə, SOCAR və aidiyyəti qurumlara tapşırıqlar verilib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda hər il maaşlar arta bilər - Hökumət işçi qrupu yaradıb
"Minimum əməkhaqqına ildə azı bir dəfə baxılması üçün işçi qrupu yaradılıb". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müd...