Əhalinin banklarda əmanəti 7.5 milyard manatı keçib
16
fev
2018
20:07
2018-ci il yanvarın 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 561,2 milyon manat təşkil edib.BAKU.WS Trend-ə istinadən məlumat verir ki, milli valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrunə nisbətən 66,9 faiz, əhali tərəfindən banklara qoyulmuş əmanətlərin ümumi məbləğində xüsusi çəkisi isə il ərzində 20,4 faizdən 33,5 faizədək artıb.Qeyd edək ki, xarici valyutada olan əmanətlər 2017-ci il yanvarın 1-i ilə müqayisədə 15,2 faiz azalıb.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda problemli kreditlərin həcmi 1.8 milyard manatı ötüb
2017-ci il dekabrın 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 226,2 milyon man...