"Fitch": Azərbaycan iqtisadiyyatı yaxın beş ildə orta hesabla 2,5 % artacaq

Azərbaycan iqtisadiyyatının 2025-2030-cu illərdə orta illik artımı 2,66 % təşkil edəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.
Proqnozlara görə, 2025-ci ildə ölkə iqtisadiyyatı 3,5 %, 2026-cı ildə isə 2,5 % artacaq. Növbəti illərdə (2027-2030-cu illər) Azərbaycanda ÜDM-in artım tempi ildə orta hesabla 2,5 % təşkil edəcək.
Azərbaycanın İqtisadiyyat Nazirliyi 2025-ci ildə ÜDM-in artım tempini 3,7 %, 2026-cı ildə 3,2 %, 2027-ci ildə isə 3,6 % səviyyəsində proqnozlaşdırır.
Beynəlxalq reytinq agentliklərinin proqnozları fərqlənir: "S&P Global" 2025-2026-cı illərdə illik 2 %, "Moody's" isə ildə 2,5 % artım gözləyir.
Beynəlxalq Valyuta Fondu 2025-2026-cı illər üçün müvafiq olaraq 3,5 % və 2,5 %, Avropa Yenidənqurma və İnkişaf Bankı 3 % və 2,5 %, Asiya İnkişaf Bankı 3,4 % və 3,3 %, Niderlandın "ING Group"u 2 % və 2,5 %, Dünya Bankı isə 2025-ci ildə 2,6 %, 2026-cı ildə 2,4 %, 2027-ci ildə 2,3 % səviyyəsində artım proqnozlaşdırır.
Oxşar xəbərlər
Ukrayna qaz anbarında Avropa üçün Azərbaycanın təbii qazının saxlanmasını təklif edir
Ukrayna Azərbaycanı təbii qazın hasilatı, saxlanması və nəqli sahələrində əməkdaşlığı genişləndirmək üçün potensial görür. BAKU.WS AZƏRTAC-a istinadən xəbər ver...