Ev ala bilməyən gənclərə ŞAD XƏBƏR - dövlət kömək edəcək
07
fev
2019
08:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərin sosial, mənzil, təhsil problemlərinin həlli və asudə vaxtlarının səmərəli keçirilməsinə yönəlmiş tədbirlər həyata keçiriləcək.Trend-in məlumatına görə, bununla bağlı “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklər edilir.Dəyişikliklərə əsasən, gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələrinin sayı artırlııb.Bu vəzifələr aztəminatlı gənc ailələrin sosial müdafiəsi, gənc alimlərin elmi fəaliyyətinin dəstəklənməsi, gənclər arasında könüllülük fəaliyyətinin təşviqi, gənclərin fərdi inkişafı üçün qeyri-formal və informal təhsilalma imkanlarının yaradılması, radikalizmin qarşısının alınması və digərləridir.Yeni layihə Milli Məclisin fevralın 12-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda Gənclər Günü qeyd olunur
Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.BAKU.WS-in məlumata görə, 2 fevral tarixinin Gənclər Günü kimi elan olunması ulu öndər Heydər Əliyevin adı ilə bağl...