Ehtiyac meyarında artım: İqtisadçıdan VACİB AÇIQLAMA
2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur.
2025-ci il üçün bu göstərici 285 manatdır. Bu o deməkdir ki, 2026-cı ildə ehtiyac meyarı əvvəlki illə müqayisədə 5,3% və ya 15 manat çox olacaq.
Ehtiyac meyarına ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə müraciət edilir.
Belə ki, qanunvericiliyə görə ünvanlı dövlət sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının cəmindən aşağı olan aztəminatlı ailələr malikdirlər.
İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, əgər bir ailənin adambaşına düşən gəliri 295 manatdırsa, ehtiyac meyarı növbəti ildən 300 manat müəyyən edilibsə, artıq bu ailə ünvanlı sosial yardım ala biləcək.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Gələn il büdcə gəlirlərinin 44 faizi vergilərin payına düşəcək
2026-cı il üçün dövlət büdcəsi gəlirlərinin 16 milyard 910 milyon manatı və ya 43.8%-i Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların payına düşəcək. BAKU.WS...