Dövlət qurumlarının avtomobilləri hərracda
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) iyunun 10-11-də keçirdiyi növbəti hərraclarda 4 səhmdar cəmiyyətinin (SC) səhm paketi və 8 nəqliyyat vasitəsi satılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, hərraclarda "Azinterservis" ASC-nin 30 %-lik səhm paketi 133 167 manata özəlləşdirilib. Bununla yanaşı, start qiyməti 21 000 manat olan "Toyota Land Cruiser Prado" markalı avtomobil 22 500 manata, 7 800 manat olan "Toyota Avalon" markalı avtomobil isə 8 500 manata satılıb.
Hərraclarda səhm paketləri satılan səhmdar cəmiyyətlərinin və nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3MZkkp linki vasitəsilə tanış olmaq mümkündür.
Növbəti hərraclar iyunun 18-də və 24-də keçiriləcək.
Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" internet saytlarından seçim edə bilərlər.
Oxşar xəbərlər
Azərbaycanda adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılıb
İpoteka və Kredit Zəmanət Fondu bu il adi ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti dəfə limitlər ayırıb. BAKU.WS report-a...