Dolların bu günə olan məzənnəsi
16
mar
2016
08:58
Azərbaycan Mərkəzi Bankı (AMB) martın 16-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən BAKU.WS-ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi martın 16-na 1,6186 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, dollar ötən gün 1,6322 manata bərabər olub. Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir. Qeyd edək ki, Mərkəzi Bankın marjasına əsasən banklar dolları 1.6750 manatdan baha sata bilməzlər. BAKU.WS
Oxşar xəbərlər
Mərkəzi Bank məzənnəni açıqladı: dollardan gözlənilməz ucuzlaşma (RƏSMİ)
Azərbaycan Mərkəzi Bankı (AMB) martın 16-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən BAKU.WS-ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi martın 1...