Dollar ucuzlaşmağa başladı
Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsi ilə bağlı verdiyi qərardan sonra bu gün dolların Yaponiyanın milli valyutası olan yenə qarşı məzənnəsi 4 həftəlik minimuma enib.
"APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, ticarət sessiyası ərzində dollar 100,10 yen səviyyəsinə çatıb. Bu isə avqust ayının 26-dan etibarən minimum göstəricidir. Daha sonra itkilərini bir qədər bərpa etməyi bacaran dollar hazırda 100,22 yen səviyyəsində qərarlaşıb.
Avro isə 0,1% bahalaşaraq 1,1199 dollar səviyyəsində qərarlaşıb.
Analitiklər FED-in ikigünlük iclasından sonra dərc olunan protokoldakı bəzi maraqlı məqamlara diqqət yetirir. Məsələn, belə məqamlardan biri ilin sonunadək uçot dərəcəsinin 2 deyil, 1 dəfə artırılacağıdır. Buna FED rəhbəri Canet Yellen də işarə edib. Ekspertlər qeyd edir ki, qarşıdakı azı 3 ildə aqressiv şəkildə faiz artımını gözləməyə dəyməz. Bu fonda dollar bir qədər də zəifləyəcəyi proqnozlaşdırılır.
BAKU.WS
Oxşar xəbərlər
Mühüm iclas öncəsi dollar sürətlə ucuzlaşmağa başladı
Dollar Yaponiya Mərkəz Bankının (BOJ) və ABŞ Mərkəzi Bankının (Fed) bu gün açıqlanacaq qərarlarından öncə əhəmiyyətli valyutalar qarşısında dəyər itirib. BAKU....