Dollar sürətlə bahalaşmağa başladı, mühüm iclasa saatlar qaldı

Dollar sürətlə bahalaşmağa başladı, mühüm iclasa saatlar qaldı
İqtisadiyyat 12690

 

Dollar ABŞ Mərkəzi Bankının (Fed) iclasına saatlar qala bahalaşmağa başlayıb.

BAKU.WS-in məlumatına görə, Fed konfransı bu gün başlayacaq, faiz qərarı isə sabah açıqlanacaq. Son açıqlanan iqtisadi məlumatlar faiz artımını dəstəkləməyib.

Nüfuzlu "Bloomberg" agentliyinin apardığı sorğuya görə, bu ay faiz artımı ehtimalı 15% civarındadır. Dekabr ayı üçün isə bu nisbət 54% olaraq müəyyən edilib.

Bəzi mütəxəssislər hesab edir ki, Fed sədri Canet Yellen dolların uçot dərəcəsi ilə bağlı qərardan sonra təşkil edəcəyi mətbuat konfransında artım siqnalı verə bilər. Yəni, gözlənilir ki, Fed sədri yaxın gələcəkdə artım ehtimalının mümkün olacağını söyləyəcək. 

Hazırda bütün dünyada böyük səbirsizliklə dolların uçot dərəcəsi ilə bağlı yekun qərar gözlənilir. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

ABŞ-dan dollar xəbərdarlığı - bahalaşmağa başladı

ABŞ-dan dollar xəbərdarlığı - bahalaşmağa başladı

Dollar, ABŞ Mərkəzi Bankının (Fed) iki səlahiyyətlisinin faiz artırımı ilə bağlı açıqlamasından sonra üç günlük enişə fasilə verib. BAKU.WS-in məlumatına görə...

3146 İqtisadiyyat 10:55 17 avqust 2016

Son xəbərlər