“Dəmirbank”ın kreditorlarına müraciət olundu

“Dəmirbank”ın kreditorlarına müraciət olundu
İqtisadiyyat 1089
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarına müraciət edib. BAKU.WS xəbər verir ki, fonddan “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi tərəfindən “DəmirBank” ASC-nin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında 27 dekabr 2017-ci il tarixli qərar qəbul edilib. Eyni qərarla “DəmirBank” ASC-yə Əmanətlərin Sığortalanması Fondu 27 dekabr 2017-ci il tarixindən ləğvedici təyin edilib. “Banklar haqqında” qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər: - Kreditorun adı və ünvanı; - tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri; - tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat. "Kreditorlardan xahiş olunur ki, bu elanın dərc edildiyi gündən 60 gün ərzində “DəmirBank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etsinlər", - deyə məlumatda vurğulanıb.BAKU.WS

Oxşar xəbərlər

“Dəmirbank”da pulu olanların nəzərinə!

“Dəmirbank”da pulu olanların nəzərinə!

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-cı il tarixli 49/1 saylı qərarı ilə “Dəmirbank” ASC –yə ban...

3033 İqtisadiyyat 16:33 29 dekabr 2017

Son xəbərlər