Dizellə işləyən maşınlar vergiyə cəlb olunacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Bir ay sonra ölkəmizdə dizellə işləyən maşınlar böyük məbləğdə illik vergiyə cəlb olunacaq. Məqsəd odur ki, ekologiyanı qorumaq naminə hər kəs elektromobil və hibrid avtomobillərdən istifadə etsin.
Son günlər sosial şəbəkələrdə bu cür paylaşımlar edilir. Bu tipli fikirlər isə vətəndaşları narahat edir.
Avtomobil satışı ilə məşğul olan şəxslərin sözlərinə görə, paylaşımlarda məqsəd bir növ dizel maşınların bazarında durğunluq yaratmaqdır.
Maşın satışı ilə məşğul olan Sərxan Qədirov isə deyir ki, vətəndaşlar bu cür hallara qətiyyən inanmamalıdır.
Məsələ ilə bağlı rəsmi qurumlardan məlumat almaq mümkün olmadı.
Oxşar xəbərlər
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət...