Çinlə Azərbaycanın elektrik enerjisi ötürmə şəbəkəsinin tədqiqatına dair Saziş imzalanıb
Energetika Nazirliyi Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə Azərbaycanın elektrik enerjisi ötürmə şəbəkəsinin Tədqiqatına dair Saziş imzalayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Bu saziş ölkəmizin enerji sisteminin çevik, dayanıqlı və bərpa olunan enerji mənbələrinə uyğunlaşan bir infrastruktur kimi inkişafı istiqamətində atılmış mühüm addımdır", - nazir qeyd edib.
P. Şahbazovun sözlərinə görə, "China Energy Engineering Corporation Limited" (CEEC) şirkətinin vitse-prezidenti Xu Lu ilə görüşdə bərpa olunan enerji sahəsində qurulan hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində Fəaliyyət Planının icrası üzrə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Kriptovalyuta bazarında dalğalanma böhrandan xəbər verir?
"Bitcoin"in qiymətində son günlər baş verən eniş kriptovalyuta bazarında yenidən müzakirələrə səbəb olub. Rəqəmsal aktivlərə yatırım edən şəxslər qiymətlərin da...