Çindən ən çox nə alırıq? – SİYAHI

Bütün dünya ölkələrinin ticarət əlaqələri qurmağa can atdığı ölkələrdən biri də Çindir. Bəs görəsən Azərbaycanın Çinlə ticarət dövriyyəsi nə qədərdir?
Ümumiyyətlə Çindən ən çox nə alırıq? Bu suala cavab tapmaq üçün Fins.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2017-ci ilin yanvar-mart aylarında 148 664.33 dollar dəyərində mal idxal edilib.
Statistika Komitəsinin tərtib etdiyi siyahıya görə, bu ölkədən ən çox geyim idxal olunub. Bundan sonra ən çox idxal olunan fişənklərdir. Belə ki, I rübdə Çindən 19.848 ton pirotexnika idxal olunub.
İdxal olunan digər məhsulların siyahısı belədir:
Qadın çantası-110.365 ədəd
Gödən və dəridən hazırlanmış digər məişən məmulatları – 159.429 ədəd
Kişilər üçün pambıq parçası olan ip, yundan və trikotajdan şalvar kombinezon və şortlar- 371.727 ədəd
Qadınlar üçün sintetik sapdan önlüklər və qayışlı kombinezonlar, şalvarlar və briclər- 270.872 ədəd
Sarımsaq (təzə və ya soyulmuş) -130 ton
Tam siyahı ilə buradan tanış ola bilərsiz.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanın avtomobil bazarında kəskin BAHALAŞMA
"Azərbaycanda dolların məzənnəsinin möhkəmlənməsi səbəbindən avtomobil bazarı üzrə qiymət artımı bahalaşmanın tərkib hissəsidir”. Bu haqda modern.az-a məlumat...
