Çexiya Azərbaycandan ildə 2 milyard kubmetr qaz almağı planlaşdırır
Yeniliklərdən dərhal xəbərdar olun
Çexiya Azərbaycandan ildə 2 milyard kubmetrə qədər təbii qaz almağı nəzərdə tutur.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ölkənin sənaye və ticarət naziri Karel Havliçek bildirib.
Onun sözlərinə görə, tədarük 2028-2029-cu illərdə başlaya bilər.
"Razılaşma hələ imzalanmayıb, lakin müqavilə artıq razılaşdırılıb və hazırlığın irəliləmiş mərhələsindədir", - deyə nazir qeyd edib.
Bundan əvvəl Çexiyanın Baş naziri Andrey Babiş Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı Praqanın Azərbaycan qazının alınması üzrə uzunmüddətli müqavilə bağlamağı nəzərdə tutduğunu bildirmişdi.
Hazırda Azərbaycan 42 % payla Çexiyanın ən böyük neft tədarükçüsüdür.
Oxşar xəbərlər
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət...