"Carlsberg Group" şirkətinin nümayəndələri ilə görüş keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat naziri Mikayıl Cabbarov "Carlsberg Group" şirkətinin nümayəndələri ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanda rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılması, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılması və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyi tədbirləri qeyd olunub.
"Carlsberg Group" şirkətinin ölkəmizdə uğurlu fəaliyyəti, investisiyaların dəstəklənməsi, yerli istehsalın artırılması, əldə edilən nəticələr və potensial addımlar müzakirə olunub.
Görüş çərçivəsində İqtisadiyyat Nazirliyi ilə "Carlsberg Azerbaijan" şirkəti arasında 2025-2030-cu illəri əhatə edən Anlaşma Memorandumu imzalanıb. Sənədin icrası xammal və qablaşdırma materiallarının lokallaşdırılmasına, tam yerli istehsalın təmin edilməsinə, ətraf mühitin qorunmasına töhfə verəcək.
Qalereya
Oxşar xəbərlər
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət...