“Buta Airways” Bakıdan olan reyslərdə uçuş terminalını dəyişir
26
okt
2017
10:34
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
2017-ci il oktyabrın 29-dan etibarən “Buta Airways” lou-kost aviaşirkəti Bakıdan bütün uçuşlarını Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 2-nin Şimal girişi vasitəsilə yerinə yetirilməyə başlayacaq. Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, loukoster gələn reysləri isə əvvəlki kimi Terminal 1-ə yerinə yetirməyi planlaşdırır.Terminal 2 mülki hava limanlarının istismarı üzrə bütün beynəlxalq tələblərə cavab verir. Terminalda kafe və restoranlar, “Duty Free” rüsumsuz ticarət mağazaları fəaliyyət göstərir. Hava limanının bütün ərazisində pulsuz yüksək sürətli internet (Baku Airport Free Wi-Fi) təklif olunur.Həmçinin, uçuş terminalının dəyişməsi ilə əlaqədar olaraq, BakuBus H1 Airport Express ekspress avtobusunun marşrutu da dəyişəcək. Terminal 2-nin uçuş zonası qarşısında əlavə dayanacaq olacaq. Avtobus hər yarım saatdan bir Heydər Əliyev Beynəlxalq Aeroportu və Bakının mərkəzi ("28 May" metro stansiyası) arasında "Koroğlu" metrostansiyasının yaxınlığında qısa müddətli dayanmaqla hərəkət edir. Əlavə məlumat üçün terminallardakı məlumat köşklərindəki əməkdaşlara, (+994 12) 497 27 27 telefon nömrəsi vasitəsilə aeroportun 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə, həmçinin Facebook sosial şəbəkəsində rəsmi səhifəsinə müraciət etmək olar: www.fb.com/BakuAirportBAKU.WS
Oxşar xəbərlər
Heydər Əliyev Beynəlxalq Aeroportu 2017-ci ilin doqquz ayı ərzində 3 milyondan çox sərnişinə xidmət göstərib
Bakı – Heydər Əliyev Beynəlxalq Aeroportu 2017-ci ilin yanvar-sentyabr ayları ərzində 3,1 milyon sərnişinə xidmət göstərmişdir. Bu göstərici bütün 2016-ci il ər...