Bakıdan Tbilisiyə ilk kommersiya uçuşu həyata keçirildi
01
sen
2017
17:03
“Azərbaycan Hava Yolları” QSC tərəfindən yaradılmış “Buta Airways” aviaşirkəti ilk uçuşu Heydər Əliyev Beynəlxalq Hava Limanından Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava limanına həyata keçirib. Promo-tur çərçivəsində yeni “Embraer 190” təyyarəsinin ilk sərnişinləri Azərbaycan jurnalistləri olublar.“Buta Airways” aviaşirkətinin direktoru Cəmil Manizadə bildirib ki, oktyabrın 29-dək, yəni qış cədvəli başlayanadək həftədə 4 uçuş keçiriləcək. Qış mövsümündə həftəlik uçuşların sayı 10-a çatdırılacaq: “Qiymətlər 29 avrodan başlayır. Artıq reyslərə olan tələbat bizi sevindirir: bu, 95-100 faizə bərabərdir. Bugünkü reys tam dolu idi”.Hazırda aviaşirkət Kazan, Mineralnıe Vodı, Moskva, eləcə də Moskva-Gəncə istiqamətlərində bilet satışını həyata keçirir. Qış mövsümündən etibarən isə Sankt-Peterburq və İstanbul (Sabiha Gökçən hava limanı) istiqamətlərində biletlər satılacaq.C.Manizadə vurğulayıb ki, “Buta Airways” aviaşirkətinin fəaliyyəti ölkədə turizmin inkişafına böyük töhfə verəcək.BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev 29 avrodan başlayan biletlər satan aviaşirkətin yeni təyyarəsində (FOTO)
Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-nin nəzdində yaradılan “Buta Airways” aviaşirkətinin Bakıya gəti...