AZAL Gəncə və Qəbələyə uçuşları davam etdirəcək

AZAL Gəncə və Qəbələyə uçuşları davam etdirəcək
Sosial 1337
 

"Azərbaycan Hava Yolları" (AZAL) fevralın 15-dən etibarən Bakı-Gəncə marşrutu, fevralın 17-dən etibarən isə Bakı-Qəbələ marşrutu üzrə müntəzəm reysləri yerinə yetirməyə davam edəcək.

AZAL-ın mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bakı-Gəncə reysləri bazar ertəsi, çərşənbə, cümə və bazar günləri, Qəbələyə reyslər isə cümə və bazar günləri yerinə yetiriləcək.

Heydər Əliyev Beynəlxalq Hava Limanından (GYD) uçuş saat 11:05–də, Gəncə Beynəlxalq Hava Limanına (KVD) enmə - saat 12:05-də. Gəncədən uçuş - saat 13:05-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə - saat 14:05-də.

Bakıdan Qəbələyə uçuş saat 16:30–da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) enmə - saat 17:25-də. Qəbələdən uçuş - saat 18:15-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə - saat 19:10-da.

Daxili istiqamətlər üzrə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdirilmib. Bakı-Gəncə istiqaməti üzrə bir tərəfə aviabiletin qiyməti 56 manat, Bakı-Qəbələ marşrutu üzrə isə bir tərəfə aviabiletin qiyməti 48 manat müəyyən edilib.

BAKU.WS

Son xəbərlər