Bu qurumlarda maaşlar artırıldı - 2475 manat
29
mar
2019
14:15
Azərbaycan Hesablama Palatasının üzvlərinin, Konstitusiya Məhkəməsinin sədrinin və hakimlərinin əmək haqları artırılır.BAKU.WS-in Trend-ə istinadla məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hesablama Palatası haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” qanunlara dəyişikliklərdə öz əksini tapıb.“Hesablama Palatası haqqında” qanuna dəyişikliyə əsasən, Palata üzvlərinin əməkhaqqına bir aylıq vəzifə maaşı həcmində əlavə olunacaq.“Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişikliyə əsasən isə, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına bərabərləşdirilir. Hazırda isə Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2335 manat, Milli Məclis sədrinin maaşı isə 2475 manat təşkil edir.Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.BAKU.WS
Oxşar xəbərlər
Milli Məclisin ən çox maaş alan deputatları - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqlədikdən sonra deput...