Bu ilin yanvarında Azərbaycan 11 ölkəyə neft ixrac edib

Bu ilin yanvarında Azərbaycan 11 ölkəyə neft ixrac edib
Si̇yahı
İqtisadiyyat 48

Bu ilin yanvarında Azərbaycandan 11 ölkəyə 2 milyon 642 min 931 ton həcmində neft ixrac olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasında qeyd olunub.

Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi TOP-5 ölkələr sırasına İtaliya, Rumıniya, Portuqaliya, Almaniya və Xorvatiya daxil olub.

2026-ci ilin yanvarında Azərbaycan İtaliyaya 861 milyon 652 min ABŞ dolları dəyərində 1 milyon 847 min 916 ton, Rumıniyaya 93 milyon 674 ABŞ dolları dəyərində 197 min 54 ton, Portuqaliyaya 44 milyon 337 min ABŞ dolları dəyərində 93 min 590 ton xam neft ixrac edib. Almaniyaya 43 milyon 249 min ABŞ dolları dəyərində 91 min 294 ton və Xorvatiyaya 40 milyon 820 min ABŞ dolları məbləğində 86 min 166 ton neft tədarük edilib.

Aşağıdakı cədvəldə Azərbaycanın yanvarda neft ixrac etdiyi ölkələrin tam siyahısı göstərilib:

Bu ilin yanvarında Azərbaycan 11 ölkəyə neft ixrac edib

-* Ötən ilin eyni dövründə tədarük olmayıb.

Son xəbərlər