Bu il “SOCAR Polymer” ixracdan qazancını 52%-dən çox artırıb

Bu il “SOCAR Polymer” ixracdan qazancını 52%-dən çox artırıb
İqtisadiyyat 63

Bu ilin yanvar-may aylarında “SOCAR Polymer” MMC 79 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir.

Məlumata görə, bu, 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 27,2 milyon ABŞ dolları və yaxud 52,5% çoxdur.

Xatırladaq ki, 2020-ci ilin yanvar-may ayları ərzində “SOCAR Polymer” MMC xarici ölkələrə 51,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib

Qeyd edək ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər