"Biz «SAB»ın səhmlərini heç kimə satmamışıq…"

27
fev
2018
14:21
Sabir Babayev: "Sadəcə, «Paşa Holdinq» Şirkətlər Qrupu müəssisəmizin çoxsahəli inkişafına dəstək olmaq üçün 7 illiyə 10 milyon manat sərmayə yatırıb…"Bir müddətdir bəzi KİV-lərdə Azərbaycanın qida sənayesində özünəməxsus yeri olan «SAB» ticarət nişanı ilə ət və süd məhsulları istehsal edən «Zəhmət-Ruzi» MMC-nin nizamnamə kapitalının qısa müddətdə 900 min manatdan 11 milyon manata çatdırılmasına şübhə ilə yanaşılan və elə bu səviyyədə də şərh verilən məlumatlar yer almaqdadır. Hətta bir müddət əvvəl «Azadlıq Radiosu» məlumat yaymışdır ki, guya özəl qaynaqdan daxil olmuş məlumatda bildirilib ki, şirkətin sahibi Sabir Babayev müəssisəni «Paşa Holding» Şirkətlər Qrupuna satıb və sair.«Təzadlar» ötən saylarında təqdim etdiyi yazılarda xüsusi olaraq qeyd etmişdi ki, “Zəhmət-Ruzi” Məhdud Məsuliyyətli Cəmiyyəti 1998-ci ildən fəaliyyət göstərir və hazırda şirkət 3 hektardan artıq ərazidə yerləşir. Ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalar, istehsal sexləri, anbar və daşınma qurğuları olan şirkətdə 150-dən çox yüksək ixtisaslı mütəxəssis çalışır. Ən vacibi, islam qayda-qanunları əsasında kolbasa və sosislər, digər ət məhsulları hazırlanan şirkətdə ekoloji təmizliyə və yüksək keyfiyyət təminat verən “SAB” ət və süd məhsulları beynəlxalq standartlara uyğundur. Beləliklə, Azərbaycanda ilk olaraq halal sertifikatı alan istehsal müəssisəsinin qurucusu Hacı Sabir Babayevdən bu və ya digər suallara aydınlıq gətirməsini xahiş etdik:-Hacı, əvvəlcə Sizin öz dilinizdən «SAB» keyfiyyət nişanının açmasına aydınlıq gətirməyinizi istərdik…-Dəfələrlə deyilməsinə baxmayaraq, təəssüflə bildirməliyəm ki, bəzi KİV-lərdə yalnış məlumatlar yayırlar ki, guya «SAB» «Sağlam Ailə Brendi» deməkdir. Lakin bu heç də belə deyildir. «SAB»ın hərfi mənada açması belədir: SAB-Sabir Ataməli oğlu Babayev! İstərdim ki, jurnalistlər bu barədə yazanda yanlışlığa yol verməsinlər… Bu ad və soyad mənə məxsusdur…-Hacı, bir vacib məqama da aydınlıq gətirilməsini istərdik. Bəzi KİV-lərdə belə məlumat yayılıb ki, guya Siz səhmlərinizi «Paşa Holdinq» şirkətlər Qrupuna satmısınız. Bu doğrudurmu?-Burada da həm ciddi yalnışlıq, həm də qərəz vardır… Bizim «Paşa Holdinq» Şirkətlər Qrupu ilə ciddi iqtisadi əməkdaşlığımız vardır. Şəxsən öz adımdan, kollektivimizin adından «Paşa Holdinq» Şirkətlər Qrupunun rəhbərliynə minnətdarlığımı çatdırıram ki, məhz qarşılıqlı və faydalı əməkdaşlıq sayəsində bir sıra müsbət tərəqqiyə nail olmuşuq, bu əməkdaşlıq gələcəkdə də davam edəcəkdir.O ki qaldı səhmlərimizin «Paşa Holdinq» Şirkətlər Qrupuna satmağımıza, bu əsla belə deyildir. Əksinə, «Paşa Holdinq» Şirkətinin rəhbərliyi yuxarıda qeyd etdiyim əməkdaşlıq müstəvisində bizim istehsalata 7 illiyinə 10 milyon manat sərmayə yatırmışdır. Təbii ki, biz qarşıdakı 7 il ərzində həmin sərmayənin sayəsində bir sıra istehsal və digər problemlərimizin daha tez həllinə nail olmaqla yeni çeşidli məhsullarımızın istehsalına nail olacağıq… Bildirim ki, şirkətimiz 20 ilə yaxındır fəaliyyət göstərir. Necə ola bilər ki, mən böyük zəhmət və məsrəf sayəsində ərsəyə gətirdiyim bir müəssisəni qəflətən satım, bu istehsalatdan uzaqlaşım?! Bilirsiniz ki, «SAB» «Moscow Halal Expo-2014», «Moscow Halal Expo-2015» və «Moscow Halal Expo-2016»nın qalibi olub. «Zəhmət-Ruzi» Məhdud Məsuliyyətli Cəmiyyətin «SAB» ticarət nişanı isə USAİD Təşkilatının dəstəyi ilə Azad İstehlakçılar Birliyinin təsis etdiyi «Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi nişanı»nın (AİQTN Keyfiyyət Nişanı) «Platinium» nişanına layiq görülüb. Sevindirici haldır ki, şirkətimiz Azərbaycanda ət və süd məhsulları sektorunda fəaliyyət göstərən bir istehsal müəssisəsi olaraq xarici bazara çıxmaq üçün ilk icazəni alandır. Biz 1992-ci ildən kolbasa istehsalına başlamışıq və 1998-ci ildən «Zəhmət Ruzi» şirkətini yaratdıq, hazırda ən yüksək keyfiyyətli, halal məhsul istehsalı ilə fəaliyyətimizi davam etdiririk. Siz onu deyin ki, məhs bu halallıq və keyfiyyət sayəsində qazandığımız istehlakçı rəğbəti sayəsində Keyfiyyətə Xüsusi Nəzarət sisteminin tədbiqindən sonra “SAB” ticarət nişanı Azərbaycanın ət və süd bazarının 50%-nı nəzarətə götürüb.Hazırda “SAB” MDB ölkələrində 60 çeşiddə ət, 50 çeşiddə isə süd məhsulları ilə uğurla Azərbaycanı təmsil edir. Və bu uğurların bəhrəsi və nəticəsi idi ki, ötən ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şirkətimizdə oldu, “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə yaxından tanış oldu, gələcək fəaliyyətimizə xeyir-dua verdi… Prezident ət məhsullarının istehsalı prosesi ilə tanış olarkən burada yüksək texnoloji şəraitdən çox razı qaldı. Bu bizi daha uğurlu nəticələr əldə etməyə ruhlandırıb. Çalışırıq ki, bu uğurların davamlılığını təmin edək…BAKU.WS


Oxşar xəbərlər
PAŞA Sığorta şirkətinin resmi veb saytı artıq yeni formatda!
Daima müştəri məmnuniyyətini və rahatlığını artırmaqda səylərini əsirgəməyən PAŞA Sığorta şirkəti tam yeni tərtibatda korporativ saytını (www.pasha-insurance.az...
