Banklardan əhaliyə qarşı girov fırıldağı
"Bir çox hallarda bankların borc alanlarla bağladığı girov müqaviləsində göstərilir ki, vətəndaşın ev əşyaları girov qoyulur. Əslində, belə şərt etibarsızdır".
BAKU.WS-in məlumatına görə, bunu maliyyə sahəsi üzrə ekspert, vəkil Əkrəm Həsənov deyib. O bildirib ki, bununla banklar vətəndaşı qorxutmağa çalışır. Guya ki, vətəndaşın evində bütün əşyalar girovdadır və vətəndaş onları başqasına verə bilməz. Ekspert hesab edir ki, bundan qorxmaq lazım deyil.
"Belə ki, Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov əşya hüququdur. Başqa sözlə, əşyanın yüklülüyüdür. Buna görə də girov predmeti fərdi-müəyyən əşya olmalıdır (müəyyən mənada dövriyyədəki malların girovu istisnadır). Mülki Məcəllənin 280.2-ci maddəsinə əsasən girov müqaviləsində girovun predmeti göstərilməlidir. Yəni birmənalı şəkildə eyniləşdirilməlidir".
Ə.Həsənov hesab edir ki, belə saxta girov müqavilələrinə məhəl qoymadan sərbəst şəkildə ev əşyalarını istənilən şəkildə istifadə etmək olar.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Müdafiə Nazirliyi: "Ermənistanın istənilən hərbi obyekti məhv ediləcək"
Dövlət sərhədində vəziyyətin gərginləşməsinə və erməni mülki əhalisinə dəyən ziyana görə Ermənistanın kriminal hərbi-siyasi rejimi məsuliyyət daşıyır. BAKU.WS...