“Bank Respublika” və “Rabitəbank” birləşə bilər
16
okt
2017
12:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Bank Respublika” və “Rabitəbank” ASC-lər arasında mümkün konsolidasiyaya dair danışıqlar başlanılıb.BAKU.WS xəbər verir ki, bu barədə “Report”a bank dairələrindən məlumat verilib.Bununla belə, hələ ki, konsolidasiyanın hansı formada olacağı, yəni, banklardan birinin digərinə birləşəcəyi və yaxud iki bankın birləşməsi ilə bazara yeni ad altında bankın daxil olacağı məlum deyil.Xatırladaq ki, bir qədər əvvəl adları çəkilən banklar bankomat şəbəkəsini birləşdirib və müştərilərinə bir-birinin bankomatlarından komissiyasız istifadə etmək imkanı yaradıb. “Report” məsələ ilə bağlı banklarla əlaqə saxlayıb. "Bank Respublika"dan bununla bağlı məlumat olmadığı bildirilib."Rabitəbank"dan isə bildirilib ki, indiyə qədər müxtəlif kredit təşkilatları ilə konsolidasiyaya dair müzakirələr aparılıB, amma heç bir maliyyə qurumu ilə yekun razılıq əldə olunmayıb: "Maliyyə bazarında konsolidasiya proseslerinin aktiv olması məqsədi ilə her zaman müxtəlif səpkidə danışıqlar aparmışıq, lakin bu günə hər hansı maliyyə institutu ilə yekun qərarımız mövcud deyil". BAKU.WS
Oxşar xəbərlər
NIKOIL | Bank və Bank VTB (Azərbaycan) tərəfdaşlıq müqaviləsi bağlayıb
NIKOIL | Bank və Bank VTB (Azərbaycan) birgə bankomat şəbəkəsi istifadəsi üzrə tərəfdaşlıq müqaviləsi imzalayıb. Bu müqavilə nəticəsində bütün müştərilər - hər...