NIKOIL | Bank və Bank VTB (Azərbaycan) tərəfdaşlıq müqaviləsi bağlayıb

NIKOIL | Bank və Bank VTB (Azərbaycan) tərəfdaşlıq müqaviləsi bağlayıb
İqtisadiyyat 910
NIKOIL | Bank və Bank VTB (Azərbaycan) birgə bankomat şəbəkəsi istifadəsi üzrə tərəfdaşlıq müqaviləsi imzalayıb. Bu müqavilə nəticəsində bütün müştərilər - hər iki bankın kart sahibləri NIKOIL | Bank və Bank VTB (Azərbaycan) bankomatlarında əlavə komissiya haqqı olmadan nağd pul çıxara biləcəklər.Əlavə olaraq, birgə bankomat şəbəkəsində «Cash by Code» və «Card to Card» vasitəsilə vəsait köçürülməsi, həmçinin 3D Secure və SMS-bildiriş kimi xidmətlər mümkün olacaq.NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/nikoilbank/

Son xəbərlər