Bakı limanında günəş enerjisi ilə işləyən fotovoltaik qurğu quraşdırılacaq
Sabah "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Malaziyanın "Citiqlobal" şirkəti arasında Bakı limanında 5,4 MV gücündə günəş enerjisi ilə işləyən fotovoltaik qurğusunun quraşdırılması ilə bağlı müqavilə imzalanacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu səhmdar cəmiyyətinin Baş direktoru Taleh Ziyadov İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ( AZPROMO) ilə birlikdə təşkil olunmuş "COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması"nda bildirib.
O, deyib ki, layihə tamamlandıqdan sonra obyekt karbon emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması və bərpa olunan mənbələrdən istifadə edilməsi vasitəsilə Bakı Limanının "Yaşıl Liman" statusuna töhfə verəcək.
Oxşar xəbərlər
Özbəkistan və Azərbaycan qiymətli metal yataqlarında birgə geoloji kəşfiyyat işlərinə hazırlaşır
Özbəkistan və Azərbaycan ilin sonuna qədər qiymətli metal yataqlarında birgə geoloji kəşfiyyat işlərinə başlamaq barədə qərar verəcəklər. BAKU.WS report-a istin...