Bakıda xiyar bahalaşdı

Bakıda xiyar bahalaşdı
İqtisadiyyat 2800
Yay aylarında süfrələrin əsas təamı olan xiyarın qiyməti qalxıb.BAKU.WS xəbər verir ki, paytaxt bazarlarında xiyarın qiyməti 80-90 qəpik arasında dəyişir. Bu barədə “oxu.az” saytı araşdırma aparıb.Məlum olub ki, bir sıra mağazalarda hətta 1,2 manat təşkil edir. Satıcıların sözlərin görə, mövsümün əvvəlində xiyarın qiyməti 50-70 qəpik idi. Hazırda ən çox yelpənək bahalaşıb - 0,9-1 manata yüksəlib:“Bir ay əvvəl xiyarı fermerlərdən 40 qəpikdən alırdıqsa, artıq 50-60 qəpikdən alırıq”.Xiyarın bahalaşmasına səbəb kimi isə məhsulun azlığı göstərilir.Qeyd edək ki, Dövlət Statistika Komitəsi ötən ay xiyarın qiymətində ucuzlaşma qeydə alıb.BAKU.WS

Son xəbərlər