Bakıda Azərbaycan ilə Yaponiyanın mülki aviasiya administrasiyaları arasında danışıqlar keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda Azərbaycan Respublikası ilə Yaponiyanın mülki aviasiya administrasiyaları arasında danışıqlar keçirilib.
Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ilk dəfə aparılan danışıqların gedişində tərəflər Azərbaycan Respublikası ilə Yaponiya arasında müntəzəm reyslərin açılması məsələsini müzakirə ediblər. Nümayəndə heyətləri təyin olunmuş aviaşirkətlərə birbaşa sərnişin və yük reyslərini yerinə yetirmək, həmçinin kodlardan birgə istifadə haqqında müqavilələr bağlamaq hüququnun verilməsi barədə razılıq əldə ediblər.
Dostluq şəraitində keçən görüşdə Azərbaycan Respublikası və Yaponiya aviaşirkətlərinin nümayəndələri də iştirak ediblər.
BAKU.WS
Oxşar xəbərlər
Kiyevdə Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrinin ikinci iclası keçirilib
Kiyevdə Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya dövlətlərinin aviasiya administrasiyalarına dəstək layihəsi üzrə işçi qrupunun ikinci iclası keçirilmişdir. İclasda A...