Bakı və Sumqayıtda satış yarmarkaları təşkil olunacaq - SİYAHI
02
mar
2018
12:52
Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 17-20 mart 2018-ci il tarixlərində fasiləsiz olaraq 4 gün kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.Yarmarkalar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunacaq.Yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunur:Bakı şəhəri üzrə:Xətai rayonu:-Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığıNərimanov rayonu:-Keşlə bazarının ərazisi;Səbail rayonu:-Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxasıSuraxanı rayonu:-Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanıBinəqədi rayonu :-Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.Sumqayıt şəhəri üzrə (2 yerdə):- 12-ci mikrorayon- Köhnə avtovağzalın yanıYarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcək.Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.BAKU.WS
Oxşar xəbərlər
Bakıda ucuz qurbanlıq heyvanların satıldığı ÜNVANLAR
Bakıda Qurban bayramı ilə əlaqədar satış yarmarkaları keçiriləcək.Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın...