“Azərsun”un rəhbəri: "Dolların bahalaşmasının məhsulun qiymətini artırmaması üçün..."
"Yerli "İnter Glass” şirkətinin istehsal etdiyi şüşə tara məhsulları keyfiyyətinə görə yüksək tələblərə cavab vermir”.
BAKU.WS "Marja”ya istinadən xəbər verir ki, bunu "Azərsun Holdinq”in İdarə Heyətinin sədri Abdollbari Goozal bildirib. "Biz məhsullarımızın qiymətinin qalxmaması üçün banka şüşələri yenidən "İnter Glass” şirkətindən alacağıq. Təəssüf ki, əvvəllər "İnter Glass”ın məhsullarının keyfiyyəti aşağı idi. Məsələn, keçmişdə şüşə qırıntısı uşağın boğazında qaldı. Qırıntı"İnter Glass”dan aldığımız bankanın içərisində qalıbmış. Bizim zavodlar da avtomatlaşdırılıb, bankanı qoydun getdi. İki nəfərdə belə hadisə oldu. Biz getdik onların əməliyyat xəclərini üzərimizə götürdük. Çünki bizim malları almışdılar. Əvvəl "İnter Glass"dan mal aldıq, amma keyfiyyətli şüşə taralar verməyi bacarmadılar. İndi söz verirlər ki, bacaracaqlar. Həmçinin bu şirkət bizi bir dəfə pis vəziyyətdə qoyub. Belə ki, "Inter Glass" Gürcüstandan böyük sifariş alıb və istehsal etdiyi taraları bu ölkəyə göndərir. Biz isə qalmışdıq tarasız, 20 gün istehsalı dayandırdıq, məhsullarımız xarab oldu. Biz bundan sonra xaricdən şüşə almağa başladıq”.
Abdollbari Goozal bildirib ki, dolların bahalaşmasının yerli məhsulların qiymətini qaldırmaması üçün xammal ilə bərabər, taralar da yerli istehsal olmalıdır: "Yerli sənayenin bütün sahələri inkişaf edərsə, bir-birini dəstəkləyər. Azərbaycanda keyfiyyətli şüşə banklar istehsal olunarsa, mən də arxayın olaram”.
"Inter Glass" şirkəti də, tamamilə "Azərsun Holdinq”in təlabatını ödəməyi üzərinə götürmür. Şirkətdən bildiriblər ki, buna zaman lazımdır, şüşə zavodu müassirləşdiriləndən və genişləndiriləndən sonra bu mümkün ola bilər.
"İnter Glass” şirkəti Azərbaycanda şüşə butulkalar və digər şüşə taralar istehsal edən ən iri zavoddur. Zavodun istehsal gücü ildə 100 mln. ədəd şüşə qabdır. Müəssisənin təsisçisi "Khazar Management Systems Ltd” şirkətidir.
Şüşə məmulatların istehsalı üzrə zavodun yaradılmasının əsas məqsədi ölkəmizdə şüşə qablara olan artan tələbatın təmin edilməsidir.
BAKU.WS
Oxşar xəbərlər
"Azərsun" qiymətlərin bahalaşmasını etiraf etdi: 20% artım var
"Azərsun holdinq” istehsal etdiyi məhsulların bahalaşmasını dolların bahalaşması ilə idxal məhsullarının qiymətinin artması ilə izah edib. Bu barədə fins.az-a...