Azərbaycanda ən iri kimya zavodlarından biri işini dayandırır - SƏBƏB
Azərbaycan Dövlət Neft Şirkətinin "Azərkimya" İstehsalat Birliyinin "Etilen-polietilen" zavodu avqust ayında təmirə dayandırılacaq.
BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu zavodun direktoru Oqtay Niftəliyev deyib.
Zavod direktoru qeyd edib ki, təmir işləri 3 illik müddəti əhatə edəcək: "Avqust-sentyabr aylarında avtomat idarəetmə sistemlərinin quraşdırılmasının birinci mərhələsi başa çatacaq. Bundan sonra digər avadanlıqların quraşdırılması planlaşdırılır".
O.Niftəliyev deyib ki, təmir-bərpa işinin əsas məqsədi zavodun etilen və polietilen istehsalı gücünü "SOCAR Polymer" zavodunun xammalla təmin olunması üçün ildə 150 min tonadək yüksəltməkdir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda elektrobus istehsal olunacaq
Gəncə Avtomobil Zavodunda 2017-ci ilin yanvarından "Eurabus” elektrik avtobuslarının yığılmasına başlanılacaq. Bu sözləri bu gün Trend-ə "Gəncə Avtomobil Zavo...