Azərbaycanda bankların məcburi ehtiyat saxlaması qaydası dəyişir

Azərbaycanda bankların məcburi ehtiyat saxlaması qaydası dəyişir
İqtisadiyyat 1249

Pul təklifi üzərində nəzarətin gücləndirilməsi və qiymət sabitliyinin dəstəklənməsi, eləcə də pul siyasətinin effektivliyinin artırılması məqsədilə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası"nda dəyişiklik edilməsi barədə qərar qəbul edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, bank məcburi ehtiyatları hesablama bazasına daxil olan milli valyutada və qiymətli metallarda depozitlər üzrə Mərkəzi Bankda olan manatla müxbir hesabında, xarici valyutada olan depozitlər üzrə isə Mərkəzi Bankda istənilən xarici valyutada olan müxbir hesabında saxlamalıdır.

Qeyd edək ki, hazırda isə banklar məcburi ehtiyatları hesablama bazasına daxil olan depozitlərin valyutasından asılı olmayaraq AMB-dəki istənilən bir və ya bir neçə müxbir hesabda saxlaya bilərlər.

Bu dəyişiklik 2017-ci il 1 avqust tarixindən qüvvəyə minəcək.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda kredit faizləri aşağı düşüb

Azərbaycanda kredit faizləri aşağı düşüb

Bu ilin aprel ayında manat ekvivalentində əmanət və depozitlər üzrə orta faiz dərəcəsi mart ayı ilə müqayisədə 0,18 faiz bəndi artaraq illik 7,00% təşkil edib....

1371 İqtisadiyyat 11:23 10 iyun 2017

Son xəbərlər