Azərbaycan neftinin SON QİYMƏTİ
03
may
2018
23:15
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 2-də 73,82 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,38 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 2-də 73,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,33 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 2-də 68,81 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,09 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 2-də 73,08 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,29 dollar/barel azdır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 1-də 75,2 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə ol...