Azərbaycan nefti ucuzlaşıb
02
may
2018
23:53
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 1-də 75,2 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,75 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 1-də 74,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,75 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 1-də 69,9 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,79 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 1-də 74,37 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,74 dollar/barel azdır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan neftinin SON QİYMƏTİ
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 13-də 65,85 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə...