Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 5
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 74,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,04 dollar/barel azdır.BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 3-də 73,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,03 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 3-də 70,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,01 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə avqustun 3-də 72,44 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,74 dollar/barel azdır.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşır

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 73,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2...

2 İqtisadiyyat 23:49 02 avqust 2018

Son xəbərlər