“Azəriqaz” Xankəndidə qaz təchizatı infrastrukturunu bərpa edir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Xankəndi şəhərindəki təbii qaz təchizatı infrastrukturunda bərpa və quruculuq işləri həyata keçirməyə başlayıb.
BAKU.WS bu barədə “Azəriqaz”a istinadən xəbər verir.
Məlumata görə, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan bütün ərazilərdə əsaslı quruculuq işləri davam edir. “Azəriqaz” da infrastrukturun yenidən qurulması istiqamətində bir sıra lazımi işləri həyata keçirir.
Qarabağ Regional Qaz İstismarı İdarəsinin Xankəndi xidmət sahəsi üzrə rəis müavini Vasif Məsimovun sözlərinə görə, artıq ümumilikdə 41 min metr yeraltı qaz kəmərləri təsbit edilib: “Quruculuq və abadlıq işləri ilə əlaqədar olaraq qaz veriləcək binaların təbii qazla təchiz edilməsi üçün və qaz kəmərlərinin kipliyə sınaq işləri davam etdirilir”.
O qeyd edib ki, antiterror əməliyyatları zamanı zədələnmiş qaz kəmərlərinin zədələnmiş hissələri gələcəkdə baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq üçün qaynaq vasitəsilə bağlanıb.
Oxşar xəbərlər
SOCAR-ın fəaliyyətində yeni mərhələ: “Yaşıl gündəlik” - ŞƏRH - FOTO
Son illər dünya sürətlə “yaşıllaşma” istiqamətində addımlar atır. Nəqliyyat vasitələrin sayında müşahidə olunan artım və sənaye istehsalının genişlənməsi nəticə...