"Azeri Light" neftinin qiyməti yüksəlib
![Azeri Light neftinin qiyməti yüksəlib](https://baku.ws/storage/photos/uploads/thumbs/large/OFnmpffTrAs068cSsDcJ0n66Y9B5Ey8q3RqlsIof.webp)
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir bareli 1,45 dollar (1,9 %) bahalaşaraq 77,87 ABŞ dollarına çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə neft bazarındakı mənbələr məlumat yayıb.
Hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti 76,13 dollar təşkil edib.
Eyni zamanda, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" neftinin bareli 1,39 dollar (1,85 %) bahalaşaraq 76,51 dollar olub.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin orta qiyməti 70 dollar səviyyəsində götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Ölkəmizdə neft hasilatı əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində həyata keçirilir. Bu layihədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 25 % paya malikdir.
Oxşar xəbərlər
SOCAR-ın builki büdcəsi təsdiq olunub
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2025-ci il üzrə büdcəsi təsdiq olunub. BAKU.WS bu barədə şirkətə istinadən xəbər verir. Məlumata görə, SOCAR-ın Müşahi...
![](/images/banners/placeholder_home_right_az.jpg)