"Azeri Light" markalı Azərbaycan nefti bahalaşıb
13
yan
2026
09:54
Dünya enerji bazarlarında "Azeri Light" markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.
BAKU.WS xəbər verir ki, CIF şərtləri ilə satılan Azərbaycan neftinin bir barelinin qiyməti 0,03 ABŞ dolları və ya 0,04 faiz bahalaşaraq 68,54 ABŞ dollarına yüksəlib.
Bundan əvvəl "Azeri Light" neftinin qiyməti 68,51 ABŞ dolları səviyyəsində olub. Qeyd edək ki, 2026-cı il üçün dövlət büdcəsində Azərbaycan neftinin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Oxşar xəbərlər
IRU Azərbaycan və Türkiyəyə sərhəddə yük daşımaları üçün "yaşıl zolaqlar" yaratmağı tövsiyə edir
Yüklər haqqında elektron ilkin məlumatlandırma alətləri ilə dəstəklənən və gömrük orqanları üçün yüksək təhlükəsizlik səviyyəsini təmin edən yeganə qlobal tranz...