"Azeri Light" kəskin bahalaşdı
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti kəskin artıb. Bir barelin dəyəri 6,85 ABŞ dolları və ya 9,41 faiz bahalaşaraq 79,6 dollara çatıb.
BAKU.WS xəbər verir ki, neft bazarındakı mənbənin məlumatına görə, hərracların nəticəsində "Brent" markalı neftin may fyuçersləri 77,82 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light"ın bir bareli 6,69 dollar və ya 9,54 faiz artaraq 76,79 dollar olub.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub. Bu marka neft "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasil edilir. Layihədə SOCAR-ın payı 31,65 faizdir.
Oxşar xəbərlər
Azərbaycan Bolqarıstana neft satışını 4,5 dəfə artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Bolqarıstana 358 min 842,99 ton xam neft ixrac edib. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gö...