Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bu qədərdir

Azərbaycanla Rusiya arasında ticarət dövrüyyəsi 2024-cü ildə 4 milyard 799 milyon 819 min dollar təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov sosial şəbəkə hesabında paylaşım edib.
O, bildirib ki, həmin il Rusiyadan Azərbaycana ixrac 3 milyard 621 milyon 472 min dollara, Azərbaycandan Rusiyaya ixrac isə 1 milyard 178 milyon 347 min dollara bərabər olub:

"Apardığımız hesablamalar göstərdi ki, il ərzində Azərbaycan Rusiyaya və eləcə də Rusiya Azərbaycana təxminən 650-700 milyon dollar dəyərində yeyinti məhsulları ixrac edir. Azərbaycan Rusiyaya ən çox meyvə, tərəvəz və kartof, Rusiya isə Azərbaycana daha çox buğda, buğda unu, kartof, diri heyvanlar, bitki yağları və digər məhsullar ixrac edir".
V. Məhərrəmov həmçinin qeyd edib ki, bu ilin yanvar-may aylarında Azərbaycan Rusiyaya meyvə-tərəvəz ixracını fiziki çəkidə 20 faiz, Rusiyadan isə buğda ixracı Azərbaycana 50 faizdən çox artıb.
"Ümumilikdə Azərbaycanın ixrac etdiyi yeyinti məhsullarının təxminən 80 faizi və idxal etdiyi ərzaq məhsullarının 25 faizi Rusiyanın payına düşür, - ekspert vurğulayıb.


Oxşar xəbərlər
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyasının mükafatına layiq görülüb
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyası tərəfindən innovativ inşaat metodologiyası nominasiyası üzrə qalib elan edilib. BAKU....
