Azərbaycanın valyuta ehtiyatları 85 milyard dolları keçib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il yanvarın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 156.4 milyon ABŞ dolları təşkil edib.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, bunun 86.5%-i və yaxud 73 milyard 641.5 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 13.5%-i və yaxud 11 milyard 514.9 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin IV rübündə ölkənin valyuta ehtiyatları 3 milyard 684.2 milyon ABŞ dolları və yaxud 4.5% artıb. Belə ki, ARDNF-nin valyuta ehtiyatlarında 3 milyard 479.8 milyon ABŞ dolları və yaxud 5%, AMB-nin valyuta ehtiyatlarında isə 204.4 milyon ABŞ dolları və yaxud 1.8% artım olub.
Son bir ildə isə ölkənin valyuta ehtiyatları 14 milyard 165.5 milyon ABŞ dolları və yaxud 20% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 13 milyard 610.1 milyon ABŞ dolları və yaxud 22.7% artım, AMB-nin valyuta ehtiyatları isə 555.4 milyon ABŞ dolları və yaxud 5.1% artım nümayiş etdirib.
Oxşar xəbərlər
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət...