Azərbaycanın su ehtiyatları Gürcüstan və Ermənistandan dəfələrlə azdır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın su ehtiyatları Gürcüstan və Ermənistana nisbətən dəfələrlə azdır.
BAKU.WS xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin müşaviri Elnur Əliyev ADSEA ilə KOBİA-nın keçirdiyi birgə tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanın ümumi su ehtiyatı 26,2 milyard kubmetrdir. Bu göstərici Gürcüstanda 108 milyard kubmetr təşkil edir ki, bu da Azərbaycanın payından 4 dəfə çoxdur. Ermənistanın su ehtiyatı isə 40 milyard kubmetrdir və bu, Azərbaycandan 1,5 dəfə artıqdır:
"Ümumilikdə Cənubi Qafqazda mövcud su ehtiyatlarının 15%-i Azərbaycana, 62%-i Gürcüstana, 23%-i isə Ermənistana məxsusdur".
Banu Hüseynli
Oxşar xəbərlər
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət...