Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara çatıb
Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard ABŞ dolları təşkil edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatın təqdimatı zamanı bildirib.
O, xatırladıb ki, ötən il ölkənin strateji valyuta ehtiyatları təqribən 14 milyard ABŞ dolları və yaxud 20 % artaraq 85 milyard ABŞ dolları keçib.
"Bu, ÜDM-dən 12 % çoxdur və dünyada adambaşına düşən ehtiyatlara görə ən yüksək göstəricilərdən biridir, xarici dövlət borcunu (4,8 milyard ABŞ dolları) 18 dəfəyə qədər üstələyir.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 4 %-ə qədər artıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,59 ABŞ dolları və ya 3,8 % artaraq 125,03 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...