Azərbaycanın icmal büdcəsinin gəlirləri yaxın 4 ildə 50 milyard manatı keçə bilər

2026-cı ildə Azərbaycanın icmal büdcəsinin təxminən 45 milyard manat məbləğində proqnozlaşdırılan gəlirləri neftin büdcə qiymətinin 65 ABŞ dolları/barrel həddinə (baza ssenari) uyğundur.
BAKU.WS xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Sənədə əsasən, neftin orta qiyməti 75 ABŞ dolları/barrel olsa (optimist ssenari) icmal büdcənin gəlirləri 46,9 milyard manat təşkil edəcək, əksinə 55 ABŞ dolları\barrel olsa (pessimist ssenari) 43,1 milyard manat olacaq.
2029-cu ildə isə icmal büdcənin gəlirlərin neftin yuxarıda göstərilən qiymətlərindən asılı olaraq 50,4 milyard manat (baza ssenari), 53,7 milyard manat (optimist ssenari) və 48,3 milyard manat (pessimist ssenari) olacağı proqnozlaşdırılır.
Oxşar xəbərlər
Azərbaycan 2029-cu ildə icmal büdcənin kəsirini 1 milyard dollara endirəcək
2026-cı ildə 3 milyard 870 milyon manat məbləğində proqnozlaşdırılan icmal büdcə kəsirinin 2029-cu ildə 1 milyard 759,9 milyon manat (təxminən 1 milyard ABŞ dol...
