Azərbaycanın dövlət büdcəsinin yanvardakı gəlirləri və xərcləri açıqlanıb
12
fev
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 3 milyard 707,3 milyon manat, xərcləri isə 1 milyard 437,6 milyon manat təşkil edib.
BAKU.WS Maliyyə Naziriyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,5 % və 35,9 % azdır.
Büdcənin gəlirləri proqnozdan 0,9 % çox, xərcləri isə 4,2 % az icra olunub.
Son nəticədə ötən ay büdcədə 2 milyard 707,3 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 28,9 % çoxdur.
Oxşar xəbərlər
Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 1 milyard 975,498 milyon ABŞ dolları dəyərində mal idxal edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki...