Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl və gübrə göndəriləcək
04
iyn
2026
10:37
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl və gübrə göndəriləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu ölkəyə 3 vaqon buğda, 2 vaqon arpa və 1 vaqon gübrə tədarük olunacaq.
Qatar saat 14:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Oxşar xəbərlər
Nazir müavini: "Son 6 ayda Azərbaycan üzrə 2 000 zərərli kontent yayan resurs zərərsizləşdirilib"
Son 6 ayda Azərbaycan üzrə 2 000 zərərli kontent yayan resurs zərərsizləşdirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat...