Azərbaycanda son üç ayda avtomobil istehsalı artıb

18
apr
2020
14:33
2020-ci ilin yanvar-mart aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 112,0 milyon manatlıq məhsul istehsal edilib.
BAKU.WS-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,3 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı isə 66,7 faiz artıb.
Yanvar-mart aylarında 672 ədəd minik avtomobili istehsal olunub, ştanqlı quyu nasoslarının istehsalı isə 42,4 faiz artıb.
Oxşar xəbərlər
Vətəndaşlara güzəştli kredit və texnikanın verilmə ŞƏRTLƏRİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında müvafiq...